Əri ilə fotosunu paylaşan azərbaycanlı model: "Həyatı istədiyin kimi yaşa" - FOTO

Əri ilə fotosunu paylaşan azərbaycanlı model: Həyatı istədiyin kimi yaşa - FOTO
Şou-biznes 406

Azərbaycanlı model Pərvin Həsənzadə yeni paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o, instaqram hesabında memar həyat yoldaşı Cihad Önərlə yeni fotosunu paylaşıb. Pərvinin bu paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb. Model əri ilə olan şəklinə bunları da yazıb:

"Həyatı istədiyin kimi yaşamalısan. Başqaları nə istəyir deyə deyil. O zaman inkişaf və xoşbəxtlik sənin yanında olacaq".

Modelin həyat yoldaşı ilə olan paylaşımına çoxsaylı bəyənmə gəlib, xeyli şərh yazılıb.

Qeyd edək ki, uzun illərdir Türkiyədə fəaliyyət göstərən Pərvin ötən ilin sonlarında evlənib. Onun təmtəraqlı nikah mərasimi Sait Halim Paşa yalısında baş tutub.

Son xəbərlər