Azərbaycanlı model memar əri ilə görüntülərini paylaşdı - FOTO

Azərbaycanlı model memar əri ilə görüntülərini paylaşdı - FOTO
Foto
Şou-biznes 289

Ötən il təmtəraqlı toy məclisi ilə ailə həyatı quran azərbaycanlı model Pərvin Həsənzadə şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, o, instaqram hesabında memar həyat yoldaşı Cihad Önərlə yeni fotolarını yayımlayıb.

Pərvin paylaşımına "Səni tanıdığımda anladım ki, həyatın anlamı sevgidədir" qısa şərhini də əlavə edib. Onun əri ilə olan şəkilləri izləyiciləri tərəfindən maraqla qarşılanıb. Modelin paylaşımına çoxsaylı bəyənmə gəlib, xeyli şərh yazılıb.

Qeyd edək ki, uzun illərdir Türkiyədə fəaliyyət göstərən Pərvin bir sıra beynəlxalq dəb və modellik yarışlarında iştirakçı olub, müxtəlif dərəcələrdə qalibiyyət əldə edib.

Son xəbərlər