Eramızdan əvvəl 4-cü minilliyə aid totem - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Eramızdan əvvəl IV minilliyə aid olan totem Masallının Tarix-Diyarşünaslıq Muzeyində qorunur.
Qədim totem qazıntı zamanı rayonun Nəzəroba kəndinin dağ ətəyi istiqamətindən tapılıb.
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva qeyd edib ki, bu totem dövlətlərimizin rəmzi sayılan əsa başları, eləcə də güc-qüvvət rəmzi kimi istifadə olunub.
Qədim eksponatlarla zəngin olan muzeydə tarixin müxtəlif dövrlərinə aid arxeoloji tapıntılar, məişət əşyaları, əmək alətləri, zinət-bəzək əşyaları, silahlar, milli geyim nümunələri, insanların həyat tərzini və məşğuliyyətini əks etdirən nümunələr sərgilənir.
Muzeyin diqqətçəkən nümunələrindən biri də gil qabdan hazırlanan plov kırçənədir, yəni qazmaqlı plov üçün nəzərdə tutulan qab.
Qeyd edək ki, Tarix-Diyarşünaslıq Muzeyinin fondunda bölgənin tarixini əks etdirən 9 mindən çox dəyərli eksponat var.
Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...