Ən yaşlı tələbənin 52, ən gəncin isə 15 yaşı var
Yeniliklərdən dərhal xəbərdar olun
Ali məktəblərə bu il keçirilən qəbul imtahanlarında uğur qazanan ən yaşlı və ən gənc tələbələr məlum olub.
BAKU.WS-in məlumatına görə, Dövlət İmtahan Mərkəzindən “modern.az”ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə adını qazanan ən yaşlı abituriyentin 52 yaşı var.
Belə ki, V qrup üzrə keçirilmiş qəbul imtahanlarında iştirak edən 1969-cu il təvəllüdlü Səttarov Mehman Süleyman oğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub.
52 yaşlı tələbə universitetin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə əyani təhsil alacaq. DİM-dən bildirilib ki, bu il tələbə adını qazanan ən gənc abituriyent 2006-cı il təvəllüdlüdür.
15 yaşlı Səfərli Həmid Xaqani oğlu IV qrup üzrə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək, Azərbaycan Tibb Universitetinə qəbul olunub. O, dövlət sifarişi əsasında, əyani təhsil alacaq.
Oxşar xəbərlər
“Boğazı qopub, üstümə düşmüşdü...” – Qadın zabitin DƏHŞƏT DOLU MÜHARİBƏ XATİRƏLƏRİ
I Qarabağ müharibəsi veteranı, Dövlət Sərhəd Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Aliyə Piriyeva müharibənin dəhşətli anlarından danışıb.BAKU.WS xəbər ver...