"Ən Böyük Şaban" filminin aktrisası ilə bağlı maraqlı faktlar - FOTO

Türkiyənin tanınmış aktyoru, mərhum Kemal Sunalın "En Büyük Şaban" filmi ustadın ən sevilən filmlərindən biridir.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, film yenidən sosial mediada diqqət mərkəzinə düşüb.
Kənddəki tarlasını satıb zəngin olmaq arzusu ilə İstanbula köçən Şabanın hekayəsindən bəhs edən film həm dram, həm də komediya janrı ilə tamaşaçılar tərəfindən bəyənilir və bu gündə maraqla izlənilir.
"En Büyük Şaban" filmində Kemal Sunalı Kamran Usluer, Reha Yurdakul, Hikmet Karagöz kimi simalar ilə yanaşı, kor obrazda gül satan gənc qız da müşayiət edir.
Bu gül qız sənət aləmində tanınan iki məşhurun qohumudur.
Filmin gülsatan Hülyası Nilgün Bubikoğlu həm də "Yeşilçam"ın unudulmaz və gözəl aktrisası Gülşen Bubikoğlunun bacısıdır.

Nilgün Bubikoğlunun son halını təqdim edirik:

Həmçinin Türkiyənin tanınmış müğənnisi, mərhum Adnan Şenses Nilgün Bubikoğlu və Gülşen Bubikoğlu bacılarının dayısıdır.

Oxşar xəbərlər
Kamal Sunal və həyat yoldaşının tikinti şirkətləri ilə bağlı xatirəsi: "Vicdanım qarşısında..?"
Türkiyədə baş verən zəlzələlərdən sonra inşaat şirkətlərinin və tikilən binaların etibarlılığı müzakirə edilməyə başlanılıb. Bu mövzu ilə bağlı Türk kinosunun ə...
