Ən bədxərc BÜRCLƏR - Maaşı bir günə xərcləyib bitirirlər
Bəzi bürclər pul xərcləməyi sevirlər. Astroloqların fikrincə bu bürcdən olan insanlar həm çox qazanmağı, həm də çox xərcləməyi xoşlayır. Əgər həyatınızda bu bürclərə sahib insanlar varsa, onların çox səxavətli olduğunu görə bilərsiniz.
BAKU.WS xarici mətbuata istinadən həmin bürcləri təqdim edir:
Şir
Çalışqanlığı ilə bilinən Şir bürcü maliyyə baxımından hər fürsətdən yararlanmağa öyrəşib. Etdikləri hər işdə uğur qazanmağı hədəfləyən Şirlər doğuşdan liderdir. Şirlərin yalnız bir pis xüsusiyyəti var, o da çox pul xərcləməkdir. Pul xərcləməyi sevən Şir, qənaət etməkdə çətinlik çəkir.
Əkizlər
Pul şansı dedikdə ağıla ilk gələn Əkizlər bürcüdür. Hər zaman böyük uğurlara imza atan Əkizlər bürcü bir çoxlarından fərqli olaraq hər gözlənilməz anda dördayaq üstə düşür. Əkizlərin pul kisəsi həmişə dolu olur. Onlar sevdiklərinə qarşı səxavətli olurlar.
Dolça
Dolçalar çox risk almağı sevmirlər. Möhkəm maliyyə addımları atmağı sevən bu bürc qrupuna aid insanlar dostlarına qarşı səxavətli olurlar. Onlar da hər işdən müvəffəqiyyətlə çıxmağa öyrəşiblər.
Oxşar xəbərlər
"Alatoran"ın ulduzu Nolanın yeni filmində rol alacaq
"Alatoran" ulduzu Nolanın yeni filmində rol alacaq. BAKU.WS xəbər verir ki, bu barədə Deadline məlumat yayıb. 38 yaşlı britaniyalı aktyor, "Alatoran" kino seriy...