Əməkdar artistin keçmiş gəlini efirə çıxıb onunla barışmaq istədiyini dedi - FOTO

Əməkdar artistin keçmiş gəlini efirə çıxıb onunla barışmaq istədiyini dedi - FOTO
Foto
Şou-biznes 404

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana bu dəfə də hər kəsi təəccübləndirib.

BAKU.WS xəbər verir ki, “Bizimləsən” verilişində qonaq olan Canana qayınanası ilə barışmaq istədiyini bildirib. O, Mətanət İsgəndərli ilə aralarındakı küsülülüyü bitirmək istədiyini deyib:

“Mətanət xanıma hörmətim var, uşaqlarımın nənəsidir. İstəyirəm, mehriban olaq. Çünki övladlarımın psixologiyası mənim üçün önəmlidir. Biz mehriban olaq, uşaqlarım da birlikdə olduğumuzu görüb sevinsinlər. Hamı ayrılır, qismətdir. Hər kəsin bir tale yazısı var. O demək deyil ki, biz düşmən olmalıyıq. Uşaqlarım yanıma gəlir, Kərimlə danışıram, deyirəm ki, atana söylə bir yerə gedək. Soruşur ki, sən atamı bağışlayırsan? Deyirəm, əlbəttə, düşmən deyilik, sizə görə mehribanıq. Uşaqlar travma alır, bir gün yanımda qalır".

Xatırladaq ki, Canana əri Kərimdən ötən il boşanıb. Cütlüyün üç uşağı atada qalıb. Daha sonra Canana apellyasiya məhkəməsinə müraciət edib. Hakimin qərarı ilə övladları ananın qəyyumluğununa verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər