Əməkdar artistdən etiraz: "Elton bu müsahibəni verməməliydi!" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Cavanşir Məmmədov həmkarı Əməkdar artist Elton Hüseynəliyevin qalmaqallı açıqlamasına münasibət bildirib.
BAKU.WS xəbər verir ki, bu haqda "MTV" kanalına danışan sənətçi, Eltonun "Kişinin estetik etdirməsi nəyə lazımdır?" sözlərinə sərt şəkildə etiraz edib.
Cavanşir Məmmədov burada eyib bir şey olmadığını, əsas insanın pis vərdişlərdən çəkinməli olduğunu bildirib:
"Elton yaşa dolar, bunu özü bilər. Etdirər ya etdirməz. Gərək bəzi çatışmayan cəhətlərini bilib, pis vərdişlərdən uzaqlaşasan. Elton bu müsahibəni verməməliydi. Çatışmayan cəhətləri götür-qoy edərdi. Kişilərin estetik etdirməsində heç bir eyib yoxdur".
Qeyd edək ki, Elton Hüseynəliyev verdiyi müsahibələrdən birində "Xanımlar gözəllikləri üçün estetik edə bilərlər. Kişinin estetik etdirməsi nəyə lazımdır? Estetik, botoks kişi üçün deyil!" sözlərini söyləyib.
Ətraflı videoda:
Oxşar xəbərlər
Eltonun Rusiya toylarından qazandığı qonarar açıqlandı: 42 min AZN
Əməkdar artist Elton Hüseynəliyev uzun fasilədən sonra bir müddət əvvəl Rusiyaya toya getdiyini bildirib. Sənətçi sosial şəbəkədə bununla bağlı paylaşımlar edər...