Fatimə Fətəliyeva: "Özünüzü gülünc vəziyyətə qoyursunuz, ayıbdır!" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Elton Hüseynəliyev "Səhər mərkəzi" proqramına qonaq olub.
BAKU.WS xəbər verir ki, veriliş zamanı həmkarları onu “Əməkdar artist” fəxri adı alması münasibətilə təbrik ediblər. Elton Hüseynəliyevi təbrik edənlər arasında rəqqasə Fatimə Fətəliyeva da olub. O, təbrikindən çox qalmaqallı sözləri ilə diqqət çəkib. Fatimə çıxışı zamanı fəxri ad ala bilməyənlərə söz atıb:
"Eltonun “Əməkdar artist” fəxri adı aldığını biləndə çox sevindim. Kimin vaxtı, zamanı gələcəksə, onda da alacaqsınız, ay insanlar. Amma çıxıb özünüzü gülünc vəziyyətə qoyursunuz. Filankəs niyə alıb? Ayıbdır! Elton sənətkardır. Onun səsi var. Eltonla aramızda kiçik inciklik olmuşdu. Amma yenə də Elton sənətkar kimi sənətkardır. Heç kim də heç nə deyə bilməz".
Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, müğənnilər Elton Hüseynəliyev və Xəyyam Nisanov da "Əməkdar artist" fəxri adına layiq görülüblər.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...