Əməkdar artistdən etiraf: "Köhnə paltarlarımdan yenisini tikirəm" - VİDEO

Əməkdar artistdən etiraf: Köhnə paltarlarımdan yenisini tikirəm - VİDEO
Video
Şou-biznes 264

Əməkdar artist Sevinc Sarıyeva açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, “Xəbər-Ətər” proqramına qatılan ifaçı köhnə paltarlarından yeni libaslar hazırladığını deyib. İfaçı bunu proqramlara eyni libası geyinməmək üçün etdiyini bildirib:

“Sizə bir etiraf etmək istəyirəm. Biz sənətçilər bir verilişdən çıxıb başqa proqrama gedirik. Bəzən eyni paltarı geyindikdə tamaşaçılarda aqressiya yaranır. Yazırlar ki, "hər proqrama eyni libası geyinir".

Paltar tikmək, onu müxtəlif formaya salmaq əlimdən gəlir. Sizin verilişə gələndə köhnə paltarlarımdan birini götürdüm və stilini dəyişərək yeni libas hazırladım".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər