Əməkdar artist oğlunun ölümündən DANIŞDI: “40-ı çıxmamış səhnəyə çıxdım” – VİDEO

20
sen
2019
13:30
ARB TV-nin “Elgizlə İzlə” verilişində əməkdar artist Rəhman Rəhmanov qonaq olub.Gənc oğlunu itirən əməkdar artist çətin anlarından danışıb:“Mənim başıma faciə gəldi. Oğlum 27 yaşında dünyasını dəyişdi. Gözlənilməz oldu. İkinci mərtəbədən yıxıldı, beyin nahiyyəsinə kiçik bir daş dəydi, dünyasını dəyişdi. Həmin gün teatrda idim. Mənə zəng edib xəbər verdilər. Müdiriyət mənə dedi ki, Rəhman müəllim, istəyirsizsə tamaşanı təxirə salaq.40 mərasimindən sonra gələrsiniz biletlərin vaxtını dəyişərik. Razı olmadım. Çünki o zaman biletlər artıq satılmışdı. “Ələddinin sehirli çırağı” tamaşasında Şah obrazındaydım.Uşaqlar həvəsləniblər 1 həftədir həsrətlə gözləyirdi. Onları o sevincdən məhrum edə bilməzdim. Oğlumu dəfn etdik, 7 mərasimini verəndən sonra səhəri gün səhnəyə çıxdım”.
Oxşar xəbərlər
Əməkdar artist vəfat etdi
Gəncə Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Nağəddin Məmmədov vəfat edib. Bu barədə BAKU.WS-ə tetarın direktoru Fərmayıl Paşayev məlumat verib. Onun sö...
