"Elzayla barışmaram, Abbasla küsülüyəm" - Roza Zərgərli
Yeniliklərdən dərhal xəbərdar olun
ATV-də yayımlanan "7 Canlı" verilişində bu dəfə müğənni Roza Zərgərliyə sənət adamları ilə bağlı suallar ünvanlanıb.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, sənətçi "Nura Surini ulduz hesab etmirəm deyib.
Roza "qara siyahı"ya saldığı ifaçının adını açıqlayıb. O bildirib ki, Əməkdar artist Abbas Bağırovu "qara siyahı"ya atıb.
Namiq Qaraçuxurluya gəldikdə isə "Xarakteri zəifdir" sözlərini söyləyib. Zərgərli Xalq artisti Miri Yusifi isə "Ulduzu sönmüş" ifaçı adlandırıb.
O bildirib ki, məşhurluq Əməkdar artist Elza Seyidcahanın başını gicəlləndirib. Roza Elza ilə heç vaxt barışmayacağını söyləyib.
Oxşar xəbərlər
Azərbaycanın məşhur qohumları - FOTO
Azərbaycanın mədəniyyət, incəsənət və şou-biznes aləmində bir-birindən məşhur qohumların sayı yetərincədir. BAKU.WS sözügedən məşhurların siyahısını təqdim edir...