Elza Seyidcahandan yeni şeir: "Yorğun olanda mənimlə məzələn..."
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.
BAKU.WS xəbər verir ki, bəstəkar -müğənni şeirini Instagram hesabında paylaşıb.
Həmin şeiri oxucularımıza təqdim edirik:
"Məzələn"
Yorğun olanda mənimlə
Məzələn.
Soy əynini, soy ruhunu
Təzəllən.
Oradan bura, buradan ora
Sərələn.
Mənə de ki,
Dağ qoynumda
Təpələn.
Ağuşumda körpələn
Gəldiyin yollara
Güllər səpərəm.
Saçlarınla dəniz təki
Ləpələn.
De ki, mənə
Başdan -ayağa mən sənin üçün
Qəzələm.
Yaralanaram.
De ki, de ki,
Nərə çəkərəm.
AY çəkərəm, ox çəkərəm,
of çəkərəm, uf çəkərəm.
Məzələnməsəm, təzələnmərəm.
Yer olmasa,
Vaxt solmasa,
Heç olmasa
Yorğun könlün
Xoş olmasa
Demə mənə
Mən sevgimi
Kəsərəm.
Bu yoldan mən
Küsərəm.
Bil ki canım
Mən ölərəm, itərəm.
Sevgi yoxsa,
Arxayın ol
Gəl mənimlə
Məzəli-məzəli
Məzələn.
Təzələn.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Elza Seyidcahandan yeni şeir:" Hürrəm, gedib it kimi hürrəm"
Qalmaqallı müğənni Elza Seyidcahan maraqlı imicdə izləyicilərinin qarşısına çıxıb. BAKU.WS xəbər verir ki, bəstəkar-müğənni qeyri adi vizajda olan fotosunu şəx...