Elza Seyidcahandan İRAD: "Taksi sürücüsünün ixtiyarı yoxdur ki…."

Elza Seyidcahandan İRAD: Taksi sürücüsünün ixtiyarı yoxdur ki….
Şou-biznes 187

Əməkdar artist Elza Seyidcahan maraqlı açıqlamaları ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, "Pərvizə görə" layihəsinə qonaq olan ifaçı taksi və avtobus sürücülərindən danışıb.

Müğənni qeyd edib ki, onların istədikləti mahnını dinləməyə ixtiyarı yoxdur. Həmin sürücülər yalnız radio dinləməlidir:

"Maariflənmə nəqliyyatdan başlamalıdır. Xalqımızın vaxtı da nəqliyyatda keçir. Avtobus sürücüsünün ixtiyarı yoxdur ki, öz xoşuna gələn mahnıya qulaq assın, eynilə taksi sürücüsünün də... Necə ki, radara düşürük, cərimə gəlir. Mən də musiqimizin qoruyucusuyam, xələl gəlməsin, qorunsun.

Metroda gözəl musiqilər səslənir. Xahiş edirəm, avtobus və taksi sürücüləri yalnız radio dinləsinlər. Sosial şəbəkələrdə də senzura olsun, 24 saniyədən sonra bayağı mahnılara "dayan" desinlər. Biz musiqimizə gələn fəlakətin qarşısını belə ala bilərik".

Son xəbərlər