Elşad Xose psixiatriya mərkəzinə yerləşdirilib?

Elşad Xose psixiatriya mərkəzinə yerləşdirilib?
Video
Şou-biznes 203

Son günlər sosial şəbəkələrdə və bəzi xəbər saytlarında tanınmış repçi Elşad Xosenin səhhətinin ağırlaşdığı və onun Maştağada yerləşən Respublika Psixiatriya Mərkəzinə yerləşdirildiyi barədə iddialar yayılıb.

Məsələni dəqiqləşdirmək üçün Baku TV-nin əməkdaşı Respublika Psixiatriya Mərkəzinə baş çəkib. Tibb müəssisəsindən bildirilib ki, sosial şəbəkələrdə və bəzi informasiya resurslarında yayılan məlumatlar həqiqəti əks etdirmir.

Baku TV-nin sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən isə isə qeyd edilib ki, Azərbaycan qanunvericiliyinə əsasən şəxsin psixi sağlamlığı, eləcə də psixiatriya və narkoloji xidmətlərdən istifadə etməsinə dair məlumatlar tibbi sirr hesab olunur və dövlət tərəfindən qorunur.

Qurumun açıqlamasında vurğulanıb ki, hər hansı şəxsin psixiatriya və ya narkoloji tibb müəssisəsində qeydiyyatda olub-olmaması barədə məlumat üçüncü şəxslərə və ya kütləvi informasiya vasitələrinə təqdim edilə bilməz.

Bu cür məlumatlar yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda, şəxsin razılığı ilə və ya səlahiyyətli dövlət orqanlarının qanuni tələbi əsasında açıqlana bilər.

Beləliklə, Respublika Psixiatriya Mərkəzi yayılan iddiaları təkzib etsə də, Səhiyyə Nazirliyi qanunvericiliyin tələblərini əsas gətirərək Elşad Xose ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər