Elnarə: “Toy gecəsi”ndən o yana gedə bilmirik”
Bu günlərdə növbəti dəfə ana olan Elnarə Xəlilova yerli seriallarla bağlı fikirlərini sosial şəbəkədə bölüşüb.
BAKU.WS xəbər verir ki, ifaçı "İnstagram” bloqunda Türkiyə seriallarını bəyəndiyini yazıb. Yerli seraillarla qardaş ölkənin çoxhissəli filmləri arasında paralellər aparan müğənni, "Nəyə görə bizdə də maraqlı seraillar çəkilmir?!” - deyə, qeyd edib:
"Bu gün birnəfəsə "Aşk laftan anlamaz serailının 4 bölümünə baxdım və çox bəyəndim. Bundan öncə də "İlişki durumu karışık” serialına baxmışdım, bəyənmişdim. Əslində, bunlar kiçik büdcəli filmlərdir. Yəni bizdə belə fimlərin zəif olmasının səbəbi maddiyyat deyil. Mənə maraqlıdır, görəsən, nə zaman bizdə də belə filmlər çəkəcəklər?! Yəni bizim "Toy gecəsi”ndən o yana gedəcək filmimiz olmayacaq? Niyə axı "Toy gecəsi”ndən o yana gedə bilmirik? Toy gecəsi, yox bir həftə hamamı...”
BAKU.WS
Oxşar xəbərlər
Yeni ana olan Elnarə: “Özümü yaxşı hiss etmirdim”
Ötən gün Dövlət Gömrük Xəstəxanasında dördüncü dəfə ana olan Elnarə Xəlilova özünü yaxşı hiss edir. BAKU.WS xəbər verir ki, ifaçı "İnstagram” bloqunda paylaşdı...