"Elnarə Abdullayeva telefonda özünü bacısı kimi təqdim edir" - jurnalist əməkdar artistin sirrini açdı - VİDEO

Elnarə Abdullayeva telefonda özünü bacısı kimi təqdim edir - jurnalist əməkdar artistin sirrini açdı - VİDEO
Video
Şou-biznes 3736
"Xəzər TV"-də aparıcı Tarix Əliyevin təqdimatında yayımlanan "Hər şey daxil" verilişində əməkdar artist Elnarə Abdullayevanın sirri açılıb. BAKU.WS xəbər verir ki, verilişdə qonaq olan jurnalist Əfruzə Ağayeva açıqlaması ilə digər qonaqları da gülüşə qərq edib. Jurnalist əməkdar artist Elnarə Abdullayeva haqqında bunları deyib:"Elnarə xanıma zəng edəndə əvvəl səsini dəyişir. Məsələn, deyirsən ki, salam, Elnarə xanım. O da deyir ki, salam, bacısıdır, nə istəyirdiniz? Səni tanıyandan sonra isə deyir ki, Elnarə xanımın özüdür və başlayır danışmağa". BAKU.WS

Son xəbərlər