Eldardan tənqidlərə cavab: "İt hürər, karvan keçər" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Qınaqlara cavab vermək mənlik deyil, amma bu, insanların fikridir. Necə istəyirlər, qəbul etsinlər, xarakterimdə də yoxdur ki, rəyləri oxuyum. Mən sadəcə başımı aşağı salıb işimi görürəm. Bilirəm ki, bu işin öhdəsindən yaxşı gəlirəm".
BAKU.WS xəbər verir ki, bu sözləri "Avroviziya" təmsilçilərimizdən olan Eldar Qasımov deyib. "Mtv" kanalına danışan sənətçi "Səs Azərbaycan" yarışmasında münsif kürsüsündə əyləşməsinin bir çoxları tərəfindən tənqid edildiyini bildirib:
"Bir çox insan bu kürsüdə oturmaq istəyirdi, "İTV"-dən təklifi alanda dedim, özümü evdəki kimi hiss edəcəm. Heç də yanılmadım. Ustadlarımla birgə özümü çox rahat hiss etdim. Çünki bilirdim ki, deyiləsi sözümü elə orada deyəcəm. Susmaqla və işimi görməklə cavab ən yaxşısı idi. İt hürər, karvan keçər. Mən kiminsə xoşuna gəlmək üçün heç bir addım atmıram".
Ətraflı videoda:
Oxşar xəbərlər
Samirə Əfəndi Nigar Camalla bağlı etiraf edib
Avroviziya təmsilçilərimizdən olan Samirə Əfəndi yeni açıqlaması ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, “10-da görüşək” proqramına qatılan ifaçı, 2011-ci ild...