Elçin Cəfərovu konsertində robot rəqqaslar müşayiət edəcək
Məşhur müğənni Elçin Cəfərov yaxın zamanda baş tutacaq solo konserti ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, hər fürsətdə konsertində izləyicilərə keyfiyyətli musiqi ilə yanaşı maraqlı şou təqdim edəcəyini deyən Elçin bunun üçün çinli mütəxəssislərə üz tutub.
Belə ki, sənətçi bu dəfə səhnəyə fərqli konseptlə çıxacaq. İddialara görə, musiqili gecədə özəl hazırlanan xüsusi nömrələrdə onu Çindən gətirilən rəqs edən robotlar müşayiət edəcək.
Elçin isə açıqlamasında konsertə ciddi hazırlşadığını, sürprizləri isə gizli saxladığını bildirib:
"Solo konsert vermək mənim çoxdankı arzumdur. Təbii ki, bu günə çox özəl və məsuliyyətlə hazırlaşıram. Əsas istəyim, izləyicilərimi təəccübləndirmək, əyləndirmək və əhvalını xoş etməkdir. Bunun üçün də dayanmadan çalışırıq. Konsertdə mənim tam fərqli tərəflərimi də görəcəklər. Onlar üçün çox maraqlı ifalarla yanaşı, sürprizlər də hazırlayırıq. Amma onları indi açıqlaya bilmərəm. Bütün bunları görmək üçün, onların hər birini 29 mayda Heydər Əliyev Sarayında keçiriləcək konsertimə gözləyirəm".
Oxşar xəbərlər
Türkiyə mətbuatı Eldar Mansurovdan yazdı
Türkiyədə Atatürk Mədəniyyət Mərkəzi Türk Telekom Opera zalında azərbaycanlı bəstəkar Eldar Mansurovun "Simfonik Qravürlər" əsəri səsləndirilib. BAKU.WS xəbər...