Elçin Cəfərov: "Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı"
"Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı".
BAKU.WS xəbər verir ki, bunu 106.3 radiosunda Kazım Sübhanın qonağı olan müğənni Elçin Cəfərov deyib.
Sənətçi bildirib ki, bu gün müğənnilərin qazanc yeri sadəcə toylardandır:
"Əvvəl toy və sənətlə məşqul olan iki tip müğənni var idi. Sənətlə məşqul olanlar 1990-cı illərdə konsertlər verirdilər. Yeni nəsil müğənnilər isə başqa cürə formalaşıb. Bizim nəsil müğənnilər sənətə bir başa toy meydanından başladılar. Məsələ buna görə ağırlaşdı. Samir Bağırov, Faiq Ağayev, Aygün Kazımova, Brilliant Dadaşova sırf estrada mahnıları ifa edirdilər, konsertlər də verirdilər.
Daha sonra isə Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı. Çünki bir çox oğlan müğənnilər o zaman Brillant xanımla çalışırdı. Bu gün həmin o müğənnilər toy meydanındadırlar. Buna görə də toy bazarı genişləndi, inkişaf elədi. 1990-cı illərdə konsertlər var idi amma bizim dövr toy dövrü oldu. Bu böyük problemdir, çünki müğənninin başqa qazanc yeri yoxdur".
Oxşar xəbərlər
2025-ci ildə 800 min manata ev alıb, 1 milyon manat borca düşən AZƏRBAYCANLI MƏŞHURLAR
Hər il olduğu kimi 2025-ci il də şou-biznes aləmi üçün müsbət və mənfi hadisələrlə yadda qaldı. Bu il mülkünə mülk qatıb 500 min, 800 min, 1 milyon AZN-ə ev ala...