Ədalət: "Heç vaxt heç kimə kömək etməyəcəyimə tövbə etmişəm" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Tövbə etdik ki, heç vaxt heç kimə kömək etməyək". Bu sözlər Əməkdar artist Ədalət Şükürova məxsusdur.
BAKU.WS xəbər verir ki, rejissor Nail Naiboğlunun “İnstagram”da canlı yayımlanan “İri Plan” rubrikasının qonağı olan ifaçı sosial şəbəkədə onu aldadaraq yardım istəyənlərdən şikayətlənib:
“Sosial şəbəkə dilənçiləri çoxalıb. Direktə yazıb kömək istəyirlər. Səhərdən-axşama qədər kimsə nəsə istəyir. Biri yalandan yazır, birinin doğrudan da imkanı yoxdur. Bir-ikisinə kömək elədik və gördük yalan çıxdı. Ondan sonra tövbə etdik ki, heç vaxt heç kimə kömək etməyək. Bizi gərək başa düşəsiniz, başa düşməsəniz də sizin öz şəxsi işinizdir”.Xatırladaq ki, bir müddət əvvəl ifaçının “Sosial şəbəkələr “Facebook”, “İnstagram” dilənçiləri ilə doludur. Bircə dəfə bir şey paylaşsaq, həmən dəqiqə mesaj bölməsi dolub-daşır. Ehtiyacı olan da, olmayan da yazır, nə isə istəyir…” sözləri insanlar tərəfindən tənqid olunmuşdu.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...