Ebru Gündəşi dinləmək üçün 22 min ödədilər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur müğənni Ebru Gündəş Bodrum konsertlərinə start verib.
BAKU.WS “takvim.com”a istinadən xəbər verir ki, ötən həftə Bodrumda sevənləri qarşısında 3 gün çıxış edən sənətçinin konsertində izdiham yaşanıb. Biletlərin baha olması belə onun pərəstişkarlarına mane olmayıb.
Əvvəldən bilet sifariş etməyən 5 nəfərdən ibarət qrup daha sonra Ebrunun konsert biletlərini "od qiyməti"nə əldə ediblər. Onlar biletə ümumilikdə 22 min 500 lirə (4 min 464 AZN) ödəyiblər.
Gənclərin bu addımı müzakirələrə səbəb olub. Sosial media istifadəçilərindən bəziləri yayılan xəbərə bu şərhlə reaksiya veriblər: “Ebrunu dinləməyə gələnlərin həm ürəyi, həm də cibi yanır”.
Qalereya
Oxşar xəbərlər
Təşkilatçı Leyla Xəlifəli: "Bizim jurnalistlər Ebru Gündeşdən də çox kaprizlidirlər" (MÜSAHİBƏ)
Noyabr ayının 3-də Heydər Əliyev Sarayında məşhur müğənni Ebru Gündeşin konserti baş tutacaq. BAKU.WS-in məlumatına görə, konsertin təşkilatçısı A.M Prestige pr...