Dünya 9 yaşlı bu azərbaycanlı qızın məharətindən danışır
Yeniliklərdən dərhal xəbərdar olun
Qərb və ərəb mətbuatı “Associated Press” (AP) agentliyinin DJ-lərin (“Disk Jokey”) dünya çempionatında 85 iştirakçı arasında 14-cü yeri tutan 9 yaşlı azərbaycanlı qız Mişel Rəsulun məharətindən bəhs edən məqaləsini yayıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, musiqi və disko səslərini idarə etməyi atası Vaqif Rəsulovdan öyrəndiyini söyləyən balaca Mişel hələ 5 yaşında, oxumağı və yazmağı yeni öyrəndiyində, bu sənətə meyil göstərib. Onun DJ-lik etdiyi musiqi parçaları arasında Azərbaycan təranələri də var.
COVID-19 səbəbindən bu il videoformatda keçirilən dünya çempionatında münsiflər heyətini heyran edən balaca qız AP agentliyinə müsahibəsində deyib ki, onun arzusu dünyanın ən məşhur “Disk Jokeyi” olmaqdır.
“Çempionatın ən gənc iştirakçısının dünyaşöhrətli rəqiblərini geridə qoyması göstərdi ki, Mişelin arzusu yerinə yetəcək”, - deyə agentliyin məqaləsində yazılıb.
Mişelin anası, keçmiş skripkaçı Səidə Rəsulova da qızının musiqi səslərini belə cəld idarə etməsinə təəccüb etdiyini deyib.
O deyib ki, balaca qızın sosial şəbəkədəki səhifəsi artıq 110 mindən çox izləyici toplayıb, dünyanın hər yerindən olan DJ-lər ona ismarışlar göndərirlər. Bundan başqa, Mişel pandemiyadan əvvəl keçirilən toy şənliklərinə də dəvət edilirdi.
Oxşar xəbərlər
Texasın azərbaycanlı xanımı - Amerikalı ilə ailə quran admiral qızı
Kübar davranışında əsilzadələrə xas olan şuxluq və incə məqamlar çoxdur. İnsanla ünsiyyətdə elə rəftar edir ki, şahidi olduğun yüksək mədəniyyətdən zövq alırsan...