DİQQƏT: Saçınızı belə yığsanız keçəlləşə bilərsiniz! - FOTO

Dünyaca məşhur modellər Bella Hadid və Heyli Biberin üstünlük verdiyi topuz saç modeli ötən ilin trendinə çevrilmişdi.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər həmin saç düzümlərinin sağlamlıq üçün təhlükə yaratdığını bildiriblər.
Belə ki, topuz saç modelləri zamanla saç tökülməsinə gətirib çıxarır.

Dermatoloqların sözlərinə görə, bu trendə uyğunlaşan xanımlar saçlarını topuz yığmaq üçün saçı bərk dartırlar, bu da öz növbəsində traksiyon alopesisinə səbəb olur.
Topuz saç modeli saç folekulunun inkişaf etmə potensialına mənfi təsir edir, nəticədə saç yenidən çıxa bilmir.

Dermatoloq Daniel Nessin sözlərinə görə, saç tökülməsinə ən başlıca səbəb sıx formada yığılan saç modelidir:
"Bir çox problemlər var ki, onlar saç tökülməsinə səbəb olur. Bunlardan ən əsası sıx yığılan saç modelləridir. Saçları mütəmadi olaraq topuz yığmaq saç folekullarının zədələnməsinə səbəb olur. Bu saç düzümündən daimi istifadə edənlərdə keçəlləşmə baş verir".

Oxşar xəbərlər
Yağlı saçlara qulluq edilməsi
Saçlar nə üçün yağlı olur? Əslində saçlar deyil, başın dərisi yağlı olur. Bu isə tük follikulları ilə yanaşı yerləşən piy vəziləri tərəfindən piyin artıq dərəcə...
