Dövlət Komitəsi də “Qaynar xətt" yaratdı
Yeniliklərdən dərhal xəbərdar olun
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Qaynar xətt" yaradılıb.
Komitədən BAKU.WS-ə verilən məlumata görə, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, əhaliyə göstərilən xidmətlərin effektivliyinin artırılması, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid olan məsələlərə operativ baxılması məqsədilə Komitənin (012) 437-31-15 saylı "Qaynar xətt”i, həmçinin DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dini etiqad sahəsində maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı (012) 1845 nömrəli “Dini sorğu xidməti” fəaliyyət göstərir.
Məlumatda qeyd edilib ki, vətəndaşlar tərəfindən "Qaynar xətt” vasitəsilə Komitəyə daxil olan bütün zənglərin, sorğu və müraciətlərin qəbulu və icrası müvafiq qaydada həyata keçirilir.
Daxil olan şikayət və təkliflər Komitənin aidiyyətli struktur bölmələri tərəfindən operativ araşdırılaraq müvafiq qərar qəbul edilir, həmçinin belə halların qarşısının alınması məqsədilə lazımi tədbirlər görülür.
"Qaynar xətt” qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində fasiləsiz olaraq saat 9:00-dan 18:00-dək zəngləri qəbul edir.
Saat 18:00-dan sonra isə vətəndaşlar (012) 492-58-29 saylı nömrə ilə əlaqə saxlaya bilərlər.
Oxşar xəbərlər
“Boğazı qopub, üstümə düşmüşdü...” – Qadın zabitin DƏHŞƏT DOLU MÜHARİBƏ XATİRƏLƏRİ
I Qarabağ müharibəsi veteranı, Dövlət Sərhəd Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Aliyə Piriyeva müharibənin dəhşətli anlarından danışıb.BAKU.WS xəbər ver...