Dollar və avronun rəsmi məzənnəsi açıqlandı (CƏDVƏL)
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cuzi bahalaşıb. Avropanın vahid valyutası 1,1412-dən 1,1424 AZN-ə yüksəlib.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində isə dəyişiklik qeydə alınıb. 1 ABŞ dolları 1,0499-dan 1,0498 AZN-ə geriləyib. Rus rublunun məzənnəsində isə ucuzlaşma qeydə alınmayıb. Rubl hazırda 0,0166 AZN-ə bərabərdir.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının
5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Dollarda növbəti bahalaşma (CƏDVƏL)
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cuzi...