DİN-in hospitalında burun əməliyyatından sonra ölən polisin görüntüləri yayılıb - FOTO

DİN-in hospitalında burun əməliyyatından sonra ölən polisin görüntüləri yayılıb - FOTO
Şou-biznes 8811
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı burun əməliyyatından sonra dünyasını dəyişib.BAKU.WS xəbər verir ki, “unikal.org” saytı dünyasını dəyişən qadının fotosunu yayıb.Adıçəkilən hospitalın tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyindən əməliyyat olunub.
DİN-in hospitalında burun əməliyyatından sonra ölən polisin görüntüləri yayılıb - FOTO
Yaxınlarının verdiyi məlumata görə, əməliyyat normal keçib. Əməliyyatdan sonra ayılıb, danışıb. Lakin 4 saat sonra onun təzyiqi düşüb.Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən Sevinc Qəribova həm də polis serjantı olub. Ailəli olan mərhumun, 9 yaşlı bir qızı var.Qeyd edək ki, Nərimanov rayon Prokurorluğu fakt üzrə araşdırma aparır.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər