Diqqət: qarlı hava yenidən qayıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Respublika ərazisində sabit hava şəraiti yenidən dəyişəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 16-sı gündüzdən 17-si axşamadək hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 16-sı gündüz, 17-də hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Hava XƏBƏRDARLIĞI: Şaxta olacaq, qar yağacaq
Yanvarın 31-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti...