Dilarə Kazımovanın uğuru: Azərbaycan musiqisi ərəb səhifələrində
Avroviziya təmsilçimiz, müğənni Dilarə Kazımovanın "Tez gəl" adlı klipi artıq təkcə yerli yox, beynəlxalq diqqəti də cəlb edib.
BAKU.WS xəbər verir ki, klip məşhur "HP Magazine" jurnalının Ərəbistan versiyasının instagram səhifəsində paylaşılıb.
Müğənninin Xalq artisti Aygün Kazımovanın eyniadlı hitini modern şəkildə təqdim etməsi və klipdəki güclü vizual üslubu xarici auditoriyanın da marağına səbəb olub. Paylaşım altında izləyicilər Dilarənin səhnə obrazı və ifasını yüksək qiymətləndiriblər.
Bu paylaşım Dilarə Kazımovanın musiqi fəaliyyətinin sərhədləri aşdığını və onun yaradıcılığının artıq beynəlxalq miqyasda da izlənildiyini bir daha sübut edir.
Xatırladaq ki, Aygün Kazımovanın sözügedən mahnısı 2001-ci ildə işıq üzü görüb. "Tez gəl"in müəllifi Xanım İsmayılqızıdır.
Bəstənin təzə versiyasını peşəkar musiqiçi Həsən Ağayev hazırlayıb.
Oxşar xəbərlər
Berkay bu səbəbdən həyat yoldaşına 55 milyonluq villa aldı
Müğənni Berkay Şahin həyat yoldaşı Özlem Ada Şahinə etdiyi bahalı jesti ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, sənətçi həyat yoldaşı 3-cü dəfə hamilə olduğ...