Dilarə Kazımovadan "Nikotinə yox" çağırışı - FOTOSESSİYA

Dilarə Kazımovadan Nikotinə yox çağırışı - FOTOSESSİYA
Foto
Şou-biznes 1501
Müğənni Dilarə Kazımova “Nikotinə yox” adlı fotosessiyaya imza atıb.BAKU.WS xəbər verir ki, fotoqraf Xalid Zeynallının obyektivi qarşısına keçən ifaçı hər kəsi nikotindən uzaq durmağa səsləyib.Sənətçi fotolarının ağ və qara rənglərdən ibarət olmasına isə belə aydınlıq gətirib:“Dünyada görə biləcəyimiz, yaşayacağımız o qədər gözəl rənglər var ki... Siqaret kimi zərərli vərdişlər bütün rəngləri soldurur. Həyatınızı rəngsiz hala gətirməyin. Özünüzü və sağlamlığınızı qoruyun. Dünyanız qara və bozdan yox, əlvan rənglərdən ibarət olsun”.Qeyd edək ki, siqaret və onun yaratdığı xəstəliklər səbəbindən hər il dünyada 6 milyon insan həyatını itirir.Siqaretin tərkibində ən az 300 növ müxtəlif xərçəng əmələ gətirən 4000-ə yaxın zəhərli maddə var. Hər bir nəfəsdə siqaret tüstüsü insan orqanizmində 50 min beyin hüceyrəsini məhv edir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sürücü 108 saylı avtobusda siqaret çəkir  - VİDEO

Sürücü 108 saylı avtobusda siqaret çəkir - VİDEO

Nə qədər xəbərdarlıq və cərimə edilsələr də, bəzi sürücülər yenə sərnişin dolu avtobuslarda siqaret çəkirlər.Sürücü içi sərnişinlə dolu olan marşrut avtobusunda...

841 Video 14:52 22 may 2019

Son xəbərlər