Dilarə Kazımova: "Şərhləri oxuyub ağlayırdım"
"Avrovizya"da yaxşı yer tutmadığım üçün böyük travma yaşadım. Orada bizdən asılı olmayan səbəblər var idi. O qədər ağlamışdım. Gördüm göz yaşı üstümə gəlir. Şokda idim, hər şey çox qarışdı".
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova "Efirdən kənar" proqramında deyib. Sənətçi "Avroviziya"da yer tutmaması ilə bağlı yazılan tənqidlərdən danışıb:
"Üç dəfə özümü sınamışdım və üçüncüdə getdim "Avroviziya"ya. Bakıya qayıtdım, 3, 4 ay ərzində heç bir iş olmadı. Sonra ərə getdim. İnsanlar mənim üstümə gəlirdi, 3, 5 min şərh yazılmışdı. Bütün nəslimi yada salırdılar. Şərhləri oxuyub ağlayırdım".
Oxşar xəbərlər
Berkay bu səbəbdən həyat yoldaşına 55 milyonluq villa aldı
Müğənni Berkay Şahin həyat yoldaşı Özlem Ada Şahinə etdiyi bahalı jesti ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, sənətçi həyat yoldaşı 3-cü dəfə hamilə olduğ...