Dilarə Əliyeva Xalq artisti qayınatasının 81 yaşını belə təbrik etdi
Əməkdar artist Dilarə Əliyeva sosial şəbəkədə qayınatası, Xalq artisti Vidadi Əliyevi ad günü münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında qayınatasının şəkilini paylaşaraq ona uzun ömür can sağlığı arzu edib:
"Sizə uzun ömür arzulayıram! Çox, lap çox yaşayın! Yaşayın ki, Oqtayın ruhu şad olsun! Çünki, əlimizdən yalnız bu gəlir!"
Xatırladaq ki, Vidadi Əliyev 1945-ci ildə, Ağstafa rayonunun Göycəli kəndində doğulub. Bu gün onun 81 yaşı tamam olub. Dilarə Əliyeva Vidadi Əliyevin oğlu, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə ailəli olub.
Oqtay Əliyev 3 il əvvəl avtomobil qəzası keçirərək vəfat edib.
Oxşar xəbərlər
Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra "Gəlirəm"
Şou-biznesin əfsanəvi duet ortaqları - Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yeni duetlə sevənlərinə sürpriz edibl...