Devid Bekhem 76 yaşlı anasını tennis matçına apardı
Keçmiş futbolçu Devid Bekhem, bu ilki "Wimbledon Tennis Turniri"nin ilk günündə diqqət mərkəzində olub.
BAKU.WS xəbər verir ki, buna səbəb onun turnirə tək deyil, 76 yaşlı anası, saç ustası Sandra Bekhem ilə birlikdə qatılması olub.
"Wimbledon"a giriş edərkən obyektivlərə tuş gələn ana-oğul, həm xoşbəxt anları, həm də klassik və şıq geyim tərzləri ilə göz qamaşdırıblar.
İdman dünyasının ən məşhur simalarından biri olan Bekhemın anası ilə birlikdə olması, tədbirdəki digər məşhurların marağına səbəb olub.
Sandra Bekhem oğlunun futbol karyerası boyunca ən önəmli anlarında daim onun yanında olub.
Bu dəfə də "Wimbledon" tribunalarında birlikdə görünmələri, ana və oğul arasındakı möhkəm və səmimi bağın bir göstəricisi kimi sosial mediada geniş müzakirələrə səbəb olub.
Oxşar xəbərlər
Dostunun borc verdiyi 500 000 dolları 10 dəqiqədə qumarda itirib
Şoumen Mehmet Ali Erbil dostu, müğənni Serdar Ortaçla bağlı şok etiraf edib. BAKU.WS xəbər verir ki, o sənətçiyə borc olaraq 500 000 dollar verib. Daha sonra S...