Deputat: "Gün eynəkləri həkim məsələhəti ilə alınmalıdır" - VİDEO

Deputat: Gün eynəkləri həkim məsələhəti ilə alınmalıdır - VİDEO
Video
Şou-biznes 1035
Azərbaycanda eynəklərlə bağlı qanun layihəsinin müzakirələrə çıxarılması və qəbulu nəzərdə tutulur.BAKU.WS xəbər verir ki, bu haqda Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev “oxu.az”a açıqlamasında bildirib. O, qeyd edib ki, bu məsələ neçə illərdir müzakirələrdə, gündəmdədir və artıq zaman yetişib ki, bu yöndə ayrıca qanunvericilik olsun. M.Quliyev bu baxımdan da, artıq eynəklərlə bağlı “Optika haqqında” qanun layihəsinin ilkin variantı hazırlandığını söyləyib: “Artıq yaz sessiyası başa çatıb. Növbədənkənar iclaslarda da bu məsələnin müzakirələrə çıxarılması yəqin ki, mümkün olmayacaq. Ancaq qarşıdan gələn payız sessiyasında bu məsələnin komitəmizdə müzakirəsi və ondan sonra yəqin ki, plenar iclasa tövsiyəsi mümkündür”. M.Quliyev vurğulayıb ki, ümumiyyətlə, bir çox ölkələrdə belə qanunlar var: “Azərbaycanda da bu sahədə qanunvericilik gücləndirilməlidir. Çünki söhbət təkcə gün eynəklərindən getmir, burada eyni zamanda optik eynəklərin keyfiyyəti, ölçüləri, yaş və xəstəlik xüsusiyyətləri önəmlidir. Xüsusilə yay mövsümündə hər kəs demək olar ki, eynəkdən istifadə edir, amma əksər istifadəçilər bilmir ki, o eynəklər gözə uyğundur, ya yox. Buna görə də belə bir qanunla hüquqi tənzimləmə vacibdir”. Deputat qeyd edib ki, optik eynəklər də, gün eynəkləri də həkim məsələhəti ilə alınmalıdır: “Gün eynəklərini də hər kəs hər yerdə sata bilməz. Yaxud da mənşəyi məlum olmayan eynəklər satıla bilməz. Bunların hamısı qanun layihəsində əksini tapıb. Eynək satışı və idxalı ilə məşğul olan şəxslər müvafiq kurslar keçməli, ən azı, sertifikata malik insanlar olmalıdır”. BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda marketlərdə dərman satıla bilərmi?

Azərbaycanda marketlərdə dərman satıla bilərmi?

Bu gün dünyanın bir sıra ölkələrində reseptsiz dərmanların marketlərdə də satılmasına icazə verilir. Azərbaycanda isə hələ ki, bu cür icazə yoxdur.BAKU.WS-in mə...

1010 Sosial 22:49 19 fevral 2018

Son xəbərlər