Daxili qanaxma keçirən 49 yaşlı aktyorun son vəziyyəti açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün reanimasiyaya yerləşdirilən məşhur aktyor Murat Cemcirin son vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, həkimlər onun bu gün xəstəxanadan evə buraxılmasını planlaşdırdığını bildiriblər:
"Murat Cemcir divertikulyar qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib və ona lazımi müdaxilələr edilib. Xəstənin bu gün reanimasiyadan evə buraxılması gözlənilir. Müalicəsi isə hələ uzun müddət ev şəraitində davam etdiriləcək".
Xatırladaq ki, ötən gün axşam saatlarında 49 yaşlı aktyorun evdə halı pisləşib və təcili olaraq özəl xəstəxanaya yerləşdirilib.
Həkimlər müayinə zamanı 49 yaşlı aktyorun daxili qanaxma keçirdiyini müğəyyən edib. O hazırda Maslakda yerləşən tibb müəssisələrindən birindədir.
Qalereya
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...