“Dava düşdü, qaçdıq qəbiristanlığa” - Əlikram Bayramov toyda döyülməsindən danışdı - VİDEO - FOTO

“Dava düşdü, qaçdıq qəbiristanlığa” - Əlikram Bayramov toyda döyülməsindən danışdı - VİDEO - FOTO
Video
Şou-biznes 3104
ARB TV-nin “Səhər-səhər” proqramının növbəti qonağı müğənni Əlikram Bayramov olub.Maraqlı açıqlamalar verən müğənni, Manaf Ağayevin həmkarları İzzət Bağırovla bağlı söyləntilərini də cavabsız qoymayıb:“İzzət Bağırovun başına gələn iş, o qədər mənim başıma gəlib. O qədər yumruqlar atıblar, mikrafonumuzu alıblar, qəbiristanlığa basıblar. O guya nə vaxt olmayıb ki, kimin başına gəlməyib? Dava düşüb qaçmışıq qəbiristanlığa. Sintizator çalanın 1 səhvi ucbatından bütün kənd üstümüzə düşmüşdü. Qaşım çatlayıb. İdmançı imiş. Necə fırlandısa qaşımda hələ də yeri qalıb. Yerdə necə qalmışamsa, 1 saat sonra ayılıb demişəm ki, mənə nə olub? Yəni döyülmüşük də, vurulmuşuq da, polisə də düşmüşük. Toy məclisi çox şər yerdi. Bir yerdəki içki içilir, mənim ağlım başımda olmayacaq və hər şey ola bilər. Çatan kimi kənd yerlərində yer gəzin qaçmağa. Bir dənə səhv elədin kənd gəldi, nə edəcəksən? İndi də mənə zəng edirlər ki, niyə Manaf belə deyib? Manafın evində o qədər yeyib-içmişik. Özüdəki süfrəsi açıq adamdır. Amma niyə belə deyib? Heç olmasa bizi çıxartma özündən”.BAKU.WS

Son xəbərlər