Damlaya növbəti zərbə - FOTO
02
mar
2019
10:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Damlanın "Youtube" kanalı bağlanıb.BAKU.WS-in məlumatına görə, sənətçi bunun həmkarlarının işi olduğunu iddia edib.Damla "Instagram" hesabında bunları qeyd edib: "Mən kənardan bu qədərmi təhlükəli görsənirəm? İndi də "Youtube" kanalımı sındırdınız. Nəyin savaşına çıxmısınız? Allahın yazdığı qisməti, uğuru, silməyəmi cəhd edirsiniz? Allahla Allahlıqmı etmək istəyirsiniz? "Çamadan" mahnımız 1 günə trenddə 1-ci oldu. Həmin an kanalı sındırdınız. Bu qədər nifrəti içinizdə necə daşıya bilirsiniz? Mahnını silin, klipi silin, kanalı silin, bəs sonra? Allah ucaltdığını Allah yıxar. Bilirəm, mənim səssizliyimə dözmək çox çətindir. Hackerlərə tökdüyünüz pulları bir kasıbın qarnını doyurmağa ayırsanız, Allah da sizi ucaldar. O səhifəni onsuz da bərpa edəcəyik. Allah hər kəsin qəlbinə görə verir. Bu da keçəcək".Qeyd edək ki, Damlanın videolarının baxış sayı "Youtube"da milyonu keçmişdi.BAKU.WS
Oxşar xəbərlər
"Nakişilər qadınları belə yolla biabır etmək istəyər" - Tolik Damlanın adı ilə yayılan intim videodan danışdı
Prodüser və aparıcı Tolik müğənni Damlanın adı ilə yayılan intim videodan danışıb.BAKU.WS xəbər verir ki, o, sosial şəbəkədə müdafiə xarakterli paylaşım edib.T...