Daha bir serial efirdən yığışdırıldı: 13-cü bölümlə final edir
"Ben Leman" serialının yayımının dayandırıldığı açıqlanıb. Serial gələn şənbə günü yayımlanacaq 13-cü bölümlə izləyicilərlə vidalaşacaq. Son həftələr kanalda ardıcıl final qərarlarının verilməsi diqqət çəkir. Xatırladaq ki, daha əvvəl Özge Özpirinççi və Salih Bademçinin rol aldığı "Sakıncalı" serialı da ləğv edilmişdi.
BAKU.WS xəbər verir ki, Burçin Terzioğlu, Özgür Çevik, Selin Şekerci və digər aktyorların rol aldığı "Ben Leman"ın çəkiliş heyəti istehsal şirkətindən qərar gözlədiyi bir vaxtda final xəbəri ilə üzləşib.
Serialların ardıcıl olaraq dayandırılmasına aktrisa Nihal Yalçın da reaksiya verib. O, sosial şəbəkədə paylaşım edərək televiziya sənayesindəki "amansız qərarların" müzakirə edilməsinin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
"Aşk-ı Memnu"nun Firdevsindən ETİRAF: "Adnanın da günahı var"
Türkiyə televiziya tarixində iz qoyan layihələrdən biri "Aşk-ı Memnu"nun Firdevsi Nebahat Çehre illər sonra serialla bəzi açıqlamalar verib. BAKU.WS xəbər veri...