Dado Natavan Həbibidən ayrılıb? - VİDEO

Dado Natavan Həbibidən ayrılıb? - VİDEO
Video
Şou-biznes 654

Repçi Dado (Səid Əliyev) şəxsi həyatından danışıb.

BAKU.WS xəbər verir ki, o “Mtv” kanalına müsahibəsi zamanı müğənni Natavan Həbibi ilə evlilik münasibətlərini bitirdiyini açıqlayıb:

"Ümumiyyətlə, istəməzdim bu məsələ çox şişirdilsin. Bu xəbərlərə burada son qoyuram. Evliliyimiz və münasibətimiz bitdi.

Amma uşağı tez-tez gedib görürəm, onlar bizə gəlir. Ümumiyyətlə gediş-gəliş var, yalnız uşağa görə. Münasibətimiz tamamilə dayanıb. Alınmadı".

Xatırladaq ki, Dado ilə Natavan Həbibi 2017-ci ildə evləniblər. Onların bir azyaşlı övladı var.

Son xəbərlər