Cüneyt Arkının vəsiyyəti: "Atım Hasretin yanında basdırılmağımı istəmişdim, amma... " - VİDEO

Cüneyt Arkının vəsiyyəti: Atım Hasretin yanında basdırılmağımı istəmişdim, amma...  - VİDEO
Video
Şou-biznes 303

Vəfat edən məşhur aktyor Cüneyt Arkın sağlığında vəsiyyətini açıqlayıb.

BAKU.WS xəbər verir ki, 84 yaşlı sənətkar Türkiyədə qatıldığı proqramlardan vəsiyyətindən də danışıb. At həvəskarı olan Arkın, vəfat edərkən atının yanında vəsiyyət etsə də, sonradan el qınağından qorxaraq valideynlərinin yanında basdırılmaq istədiyini bildirib:

“Atım Hasretimin yanında basdırılmağımı istəmişdim. Amma səhv anlaşılar deyə qorxdum. Məni ana və atamın yanında basdırın dedim”.

Qeyd edək ki, ötən gün Cüneyt Arkının qəfildən halı pisləşib. O, həyat yoldaşı Betül Cüreklibatırın köməyi ilə xəstəxanaya yerləşdirilib. Tibb işçilərinin uzun müddət davam edən müdaxiləsinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının məlumatına görə, aktyor ürəktutmasından vəfat edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər