"Comedy Club" bağlanır. 19 il davam etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 20-də TNT kanalı 19 illik fəaliyyətini başa vuran "Comedy Club"ın vida videosunu nümayiş etdirəcək.
BAKU.WS xəbər verir ki, "Comedy Club" ilk dəfə 2003-cü ildə Rusiya tamaşaçıları üçün fəaliyyət göstərməyə başlayıb.
Şou 23 aprel 2005-ci ildə TNT-də debüt edib və orijinal yumoru, səhnə performansı sayəsində tez bir zamanda populyarlıq qazanıb.
TNT-nin direktoru Tina Kandelaki əvvəllər "Comedy Club""ın bağlanmaması ilə bağlı açıqlama vermişdi. Sentyabrın 3-də videomüraciətində o qeyd etmişdi ki, iyulun sonunda proqramın yaradıcı prodüseri təyin olunan Qarik Xarlamov bir çox yeni ideyalar təqdim edib. Lakin diqqətlə qiymətləndirdikdən sonra kanal komandası layihəni tamamlamaq qərarına gəlib.
Final bölümü "Əlvida Comedy" ifadəsi ilə elan olunacaq. Eyni ifadə şounun bitdiyini bildirən reklam lövhələrini bəzəyir.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...