Çılpaq qızları çəkən fotoqraf (FOTO)
Robert Volter Kalifornayada yaşayır. Moda fotoqrafıdır. "Playboy", "GQ", "Vouge" kimi bir çox dünyaca məşhur jurnallarla işləyir.
Bir çox modellərin fotolarını çəkən fotoqraf bildirib ki, ilk dəfə fotoqraflığa uşaq yaşlarından başlayıb. Yeni il hədiyyəsi kimi ailəsinin ona aldığı fotoaparatı uzun müddət işlətməyib. Doğum günündə dostlarının israrı ilə ilk dəfə onların fotosunu çəkib. Bu işə də maraq həmin gündən başlayıb.
Balaca Robert bundan sonra tez-tez qumluq sahilə gedir və fotolar çəkməyə başlayır. Daha sonra fotoqraflıq üzrə təhsil alır və öz inkişaf yolunu tapır.
Sənəti haqqında danışan fotoqraf işindən zövq aldığını deyib:
"Fotoqraflıq çox maraqlı sahədir. Maraqlı olduğu qədər də çətin. Əslində ətraf mühiti, insanları hamımız görürük. Amma fotoqrafların baxışı digər insanlardan fərqlidir. Bu da fotoqraflara məxsus istedaddır".
Robertin sözlərinə görə fotoqraf işinin təkcə maddi tərəfini düşünməməlidir:
"Bu işə sırf qazanc əldə etmək, tanınmaq məqsədi ilə yanaşmaq olmaz. İnsan ilk növbədə hansı sahədə olur-olsun öz işini sevməlidir və o işi sevərək görməlidir. Sən gördüyün işə sevgini qatmasan o zaman heç bir uğur əldə edə bilmərsən".
Robert daha çox "Nude art" janırında çəkdiyi fotoları ilə məşhurdur.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Çılpaq azərbaycanlı qızlar gənc fotoqrafın obyektivində (FOTO +18)
Azərbaycanlı fotoqraf Artur Abdullayev qadın bədəninin bütün gözəlliyini təsvir etmək üçün maraqlı şəkillər çəkib. BAKU.WS-in məlumatına görə, gənc fotoqraf Ar...