Çernoqoriyalı müğənni Samiranın mahnısını oğurlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Samira Allahverdi yeni açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, “Səhər mərkəzi” proqramına qonaq olan sənətçi çernoqoriyalı müğənni Marina Jijicin onun “Qayıtdı xəyallar” mahnısını oğurlayaraq ifa etməsindən danışıb:
“Bu mahnının musiqisi Aytən İsmixanovaya, sözləri isə Altun Şaşiqə məxsusdur. Məndə bir şey var ki, kiminsə mahnısını ifa edəndə bəstəkarından da, onu yazan şəxsdən də icazə alıram. Məsələn, Mətanət İsgəndərlinin “Axtarma məni” mahnısını icazə alaraq oxumuşam. Çünki burada ifaçının da xeyir-duası olmalıdır.
Bu mahnını müəllifdən icazəsiz oxumaq nə dərəcədə düzgündür? O müğənni mahnımı oğurlayaraq müəllif və ifaçı adı qeyd etmədən oxuyub”.
Oxşar xəbərlər
“Həyat yolumu bir azərbaycanlı müəyyən etdi” – “Jara”ya gələn Soqdiana ilə eksklüziv müsahibə - FOTO+VİDEO
26-29 iyul tarixlərində Bakıda “JARA-2018” Beynəlxalq Musiqi Festivalı baş tutdu. Gün batan cağı parlaq, təkrarolunmaz rənglərə bürünən dörd unudulmaz gün, həm...