Cennifer Lopez Kaliforniyadakı lüks malikanəsini fantastik qiymətə satır - FOTO

Cennifer Lopez Kaliforniyadakı lüks malikanəsini fantastik qiymətə satır - FOTO
Foto
Şou-biznes 258

Müğənni və aktrisa Cennifer Lopez Ben Affleklə evləndikdən sonra Bel Air-dəki malikanəsini satır.

BAKU.WS-in məlumatına görə, bu barədə "The New York Post" yazır.

53 yaşlı müğənni 2016-cı ildə 28 milyon dollara aldığı evi 42,5 milyon dollar qiymətinə satışa çıxarıb.

Villa 9 yataq otağı, 13 hamamdan ibarət ekstravaqant fransız üsluba malikdir.

Evdə, həmçinin qonaqlar üçün kotej, idman zalı, masaj otağı, 100 yerlik amfiteatr, qolf meydançası, kitabxana, hovuz və spa, terasa açılan bar, qumlu çimərlik və həmçinin şəxsi göl var.

Malikanə məşhur memar Samuel Marks tərəfindən dizayn edilib və 1940-cı ildə tikilib. Ev 8 hektar ərazidə yerləşir, yaşayış sahəsi 1200 kvadratmetrdir.

Cennifer və Ben Afflek evləndikdən sonra burada yaşamağı planlaşdırsalar da, lakin sonradan seçimləri məşhur Beverlidə qərarlaşıb.

Lopezin dəbdəbəli və gözoxşayan malikanəsinin görüntülərini təqdim edirik:

Oxşar xəbərlər

Son xəbərlər