Ceniffer Lopezə keçmiş nişanlısından mesaj: Ya bu, ya da...
Yeniliklərdən dərhal xəbərdar olun
Cennifer Lopezə Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciətindən sonra keçmiş nişanlısı Aleks Rodriqesdən mesaj gəlib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Cennifer Lopez iki illik əri Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət etdikdən sonra keçmiş nişanlısı Aleks Rodriqesdən mesaj alıb.
Aleks Cennifer Lopezin Ben Affleklə münasibətini rəsmən bitirmək üçün çərşənbə axşamı məhkəməyə müraciət etdiyini öyrənib. Bundan dərhal sonra keçmiş nişanlısı Aleks Rodriqesdən sosial mediada mənalı bir yazı gəlib.
49 yaşlı keçmiş beysbolçu Rodriqes "Ya bu, ya da başqa, istiqaməti təyin edən də sən olacaqsan" deyə mesaj paylaşıb.
Qeyd edək ki, 55 yaşlı Rodriqes və Lopez münasibətlərinə 2017-ci ildə başlayıblar, iki il sonra nişanlanıblar. Cütlük 2021-ci ilin aprelində münasibətlərinə son qoyub.
Oxşar xəbərlər
Cennifer Lopez evlilik problemləri fonunda ev axtarır
Aktrisa və müğənni Cennifer Lopez Ben Affleklə evliliyində problemlərin olduğu şayiələri fonunda ev axtarmağa başlayıb. BAKU.WS-in xəbərinə görə, bu barədə TMZ...