Cennifer Lopez evlilik problemləri fonunda ev axtarır

Aktrisa və müğənni Cennifer Lopez Ben Affleklə evliliyində problemlərin olduğu şayiələri fonunda ev axtarmağa başlayıb.
BAKU.WS-in xəbərinə görə, bu barədə TMZ məlumat yayıb.
54 yaşlı Cennifer Lopez mayın 14-də Beverli Hillzdə görüntülənib. Jurnalistlərin sözlərinə görə, aktrisa dəbdəbəli daşınmaz əmlaka baxış keçirirmiş. Məşhuru rəfiqəsi, prodüser Eleyn Qoldsmit-Tomas müşayiət edib. Eyni zamanda, Ben Afflekin Lopezin yanında olmaması diqqətlərdən qaçmayıb.
Qeyd edək ki, Cennifer Lopez ayrıldıqdan 18 il sonra 2021-ci ildə Ben Affleklə yenidən bir araya gəldi. 2022-ci ilin yazında Ben Afflek müğənniyə evlilik təklifi edərək, dəyəri beş milyon dollardan baha üzük hədiyyə edib. Həmin ilin iyulunda məşhurlar Las-Veqasda gizli mərasimlə evləniblər.
Mayın 4-də Cennifer Lopez və Ben Afflekin münasibətlərinin pisləşdiyi barədə məlumatlar ortaya çıxıb.
Cütlüyə yaxın mənbələr aktyorun vaxtının çox hissəsini Los-Ancelesdə film şəkilişlərinə sərf etdiyini, həyat yoldaşının isə Nyu Yorkda qaldığını bildirib.
Oxşar xəbərlər
54 yaşlı Cennifer Lopez mini libası ilə göz qamaşdırdı - FOTO
Aktrisa və müğənni Cennifer Lopez aprelin 14-də Nyu-Yorkda təqdimat mərasimində iştirak edib. BAKU.WS-in xəbərinə görə, fotoları "Daily Mail" nəşri dərc edib. 5...
