54 yaşlı Cennifer Lopez mini libası ilə göz qamaşdırdı - FOTO

Aktrisa və müğənni Cennifer Lopez aprelin 14-də Nyu-Yorkda təqdimat mərasimində iştirak edib.
BAKU.WS-in xəbərinə görə, fotoları "Daily Mail" nəşri dərc edib.
54 yaşlı Cennifer Lopez qapalı məkanda keçirilən tədbirə parlaq geyimdə gəlib.Aktrisa çəhrayı rəngli payetli mini paltarı nabuk ayaqqabı ilə uyğunlaşdırıb. Müğənni həmçinin geyimini qalın boyunbağı və sırğa ilə tamamlayıb.
Xatırladaq ki, Cennifer Lopez ayrıldıqdan 18 il sonra 2021-ci ildə Ben Affleklə yenidən bir araya gəldi. 2022-ci ilin yazında Ben Afflek müğənniyə evlilik təklifi edərək, dəyəri beş milyon dollardan baha üzük hədiyyə edib. Həmin ilin iyulunda məşhurlar Las-Veqasda gizli mərasimlə evləniblər.


Oxşar xəbərlər
Cennifer Lopez və Ben Afflekin küçədə səmimi görüntüləri - FOTO
Aktyor Ben Afflek və həyat yoldaşı, müğənni Cennifer Lopez Nyu-Yorkda görüntülənib. BAKU.WS-in xəbərinə görə, bu barədə fotolar "Daily Mail" saytında dərc olunu...
