Burak Muradla dostluğuna birdəfəlik son qoydu

21
fev
2018
14:16
“Kardeşim Benim 2” filmində bir araya gələn Burak Özçivit ilə Murad Boz aralarında soyuq müharibə gedir.BAKU.WS Türkiyə KİV-nə istinadən xəbər verir ki, Özçivit prodüseri olduğu sözügedən filmin premyeralarına qatılmaqdan boyun qaçıran Bozla dostluq münasibətlərin üstündən birdəfəlik xətt çəkib.Daha əvvəl Muradı instaqramda izləmədən çıxaran Burak, daha irəli gedərək onunla birlikdı çəkilən bütün fotoları instagram hesabından silib. Özçivit, dostlarına Muradla bir daha barışmayacağını bildirib.Nəzərinizə çatdıraq ki, Murat Boz bir müddət əvvəl Burakla dost münasibətdə olduğunu söyləyib : “Burakla küsülü deyiləm. Filmin uğursuzluğu bizim dostluğumuzu poza bilməz”. Rəşad ƏliyevBAKU.WS




Oxşar xəbərlər
Bakıda qızların ağlını başından alan Burak Özçivit babasilə görə əməliyyat olunacaq
Məşhur türk aktyor Burak Özçivit son zamanlarda babasildən əziyyət çəkir. BAKU.WS-in məlumatına görə, aktyor "Kardeşim benim - 2"in və "Can Feda"nın çəkilişləri...
