“Bu sənin filmin, sən də baş rolda!” - Muradla Sevdanın“Superstar”ı - VİDEO
Bəstəkar-müğənni Murad Arif Əməkdar artist Sevda Ələkbərzadə ilə ifa etdiyi "Superstar" mahnısına çəkilən klipi təqdim edib.
BAKU.WS xəbər verir ki, sözləri və musiqisi Murad Arifə məxsus olan "Superstar"a Whosein ekran həyatı verib.
“Bu mahnı nə haqqındadır?
Müasir dövrün insanları şəkillərdə, üz qabıqlarında, maqazin səhifələrində gördükləri obrazları özlərinə hədəf, nümunə seçir... Hamı necəsə görünməli, nəyisə geyinməli, yeməli, sürməli, haralardasa olmalı... bu "-malı, -məli"lər bizi idarə etməyə başlayıb. Biz artıq öz həyatımızı deyil, başqalarının həyatını yaşamağa başlamışıq sanki.
Sürü psixologiyasına uymadan, individual olmağa çağırışdır "Superstar"!Heç kəsə baxmadan, "ÖZ YOLUNLA GET TAPACAQSAN SONUNDA" deyirik.
Müqayisə aparma, özün ol, özünü qəbul et, özünə DƏYƏR ver, deyirik. Olduğun kimi, individual, təkrarsız və parlaqsan. Sadəcə SƏNİ kəşf etməyə tələs...
Yollar sənin, sənsən sükanda
Parla və coş, ürəkdən oyna!
Bu sənin filmin, sən də baş rolda!
“Superstar” şou-biznes ulduzları haqqında deyil. İnsanlara motivasiyadır. Bəstə diskofank tərzindədir”- deyə Murad Arif bildirib.
Qeyd edək ki, sənətçilər "Superstar"ı ilk dəfə Murad Arifin "Hitmaker" konsertində təqdim edib.
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Resp...