Bu muzeydə aktrisaya 10-cu heykəl qoyuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyaca məşhur aktrisa Zendayanın "Madame Tussauds" muzeyindəki heykəllərinin sayını 10-a çatdırılıb.
BAKU.WS xəbər verir ki, Nyu-Yorkda nümayiş etdirilən yeni heykəldə, sənətçinin ikonik qırmızı xalı görünüşlərindən birini əbədiləşdirir.
Bununla da, Zendaya muzeydə ən çox heykəli olan məşhur kimi bir ilkə imza atıb.
2022-ci ildə qoyulan heykəldən fərqli olaraq, bu yeni heykəl Zendayaya böyük oxşarlığı ilə diqqət çəkir.
"Qızıl Qlobus" mükafatlı aktrisanın ilk belə heykəli 2015-ci ildə Orlando və San-Fransiskoda sərgilənib.
Məşhur aktrisa "Dune", "Spider-Man", "The Odyssey" və "The Drama" kimi iddialı layihələrdə əsas rolları canlandırıb.
Oxşar xəbərlər
Bahar Candan bu səbəbdən tədbirə buraxılmadı
Ötən gün "Netflix"in Türkiyədəki 10 illik yubileyi qeyd olunub. BAKU.WS xəbər verir ki, bu məqsədlə təmtəraqlı qala təşkil edilib. Bir çox məşhurun axın etdiyi...